"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sevilya" La Liqada növbəti oyuna çıxıb.

 

Komanda 14-cü turda səfərdə "Valyadolid"lə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

"Valyadolid" - "Sevilya" - 0:1


Qol: Baneqa, 13-pen


Qırmızı vərəqə: Okampos, 90-ikinci sarı vərəqə ("Sevilya)

 

Bu qələbə ilə xalını 27-ə  yüksəldən "Sevilya" turnir cədvəlinin 3- cü pilləsində qərarlaşıb. "Barselona" 28 xalla (13 oyundan) 1-ci, "Real" eyni xalla (13 oyundan) 2-cidir.